“İçərişəhər”də yeni kitab evi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən XVII əsr abidəsi Məktəb-Məsciddə “Əli və Nino” kitab evinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Qoruq İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, əsası 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən qoyulan Məktəb-Məscid yenicə bərpa edilib, günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilib və fasadı tarixi görkəminə qaytarılıb: “Qız Qalası yaxınlığında yerləşən və əvvəlki dövrdə məktəb kimi fəaliyyət göstərib tələbələrə orta dini təhsil verən Məktəb-Məscidin hansı istiqamət üzrə fəaliyyət göstərməsi müzakirə ediləndə qərara aldıq ki, bura məhz kitabın təbliğ olunduğu bir yerə çevrilsin”.
7 May, 2011 19:00 ⁄ Baxılıb: 1444
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |