Simsar.az | bizi özünüzə Simsar bilin
Zeynal Məmmədov "Bakı"nın qərarını açıqladı

"Heyətdə klub üçün can yandıran futbolçular qalacaq"

"Bakı"nın ciddi islahatlara hazırlaşdığı barədə məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, 10-dan artıq futbolçunun yaxın günlərdə komandanın heyətindən uzaqlaşdırılacağı deyilir. Onların arasında Vaqif Cavadov, Mahmud Qurbanov, Rafael Əmirbəyov, Stevan Bates, Radomir Todorov, Adnan Bərəkət, Aleksey Savinov, Ernad Skuliç, Junior Osvaldo, Vyaçeslav Sofroni və Saşa Kaykutun adı var. Hətta iddialara görə, Jaba da "Bakı"dan gedə bilər.
Bu arada klubun vitse-prezidenti Zeynal Məmmədov klubda islahatların olacağını bildirib. Ad açıqlamayan Məmmədov yalnız "Bakı"ya can yandıran futbolçuların heyətdə qalacağını deyib: "Bunu indidən söyləmək düzgün olmaz. Bir çox futbolçularla müqavilələrimiz başa çatır. Digərləri ilə danışıqlar aparılacaq. Yalnız onu deyə bilərm ki, heyətdə klub üçün can yandıran, "Bakı" forması geyməyə layiq futbolçular qalacaq.
Vitse-prezident Aleksandr Starkova güvəndiklərini də bildirib: "Komplektləşdirmə sahəsində ciddi problemlərimiz var. Onları analiz edərək, müvafiq qərarlar qəbul olunacaq. Baş məçqçimizə çox güvənirik. Aleksandr Starkovun təcrübə və bacarığına şübhəmiz yoxdu".

7 May, 2011  17:00 Baxılıb: 1331

Bu bölmədə