Simsar.az | bizi özünüzə Simsar bilin
Aksiya zamanı 1 polis yaralandı, 4 maşına zərər vuruldu

Təhsil Nazirliyinin yaxınlığındakı obyektlərə ziyan vurulub

Bu gün bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında keçirmək istədiyi razılaşdırılmamış aksiya zamanı ətrafdakı obyektlərdə çalışan insanlara məxsus 4 avtomobilə ziyan dəyib. Hüquq-mühafizə orqanlarından Simsar.az-a verilən məlumata görə, aksiya iştirakçılarının polislərə atdıqları daşların bəziləri obyekt sahibləri və müştərilərə aid olan avtomobillərə dəyib. Nəticədə 4 avtomobilə zərər dəyib.

Verilən digər məlumata görə, aksiya zamanı 1 nəfər polis əməkdaşı qolundan xəsarət alıb.

Həmçinin bir neçə mülki şəxs də müxtəlif bədən xəsarətləri ilə ambulator müalicə üçün qeydiyyata düşüb.

7 May, 2011  01:58 Baxılıb: 1182

Bu bölmədə