TQDK-da Heydər Əliyevin anadan olmasının 88-ci illiyi münasibətilə mərasim keçirilib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə anım mərasimi keçirilib TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə TQDK-nın Naxçıvan, Gəncə Lənkəran, Şəki və Quba regional bölmələri ilə canlı videobağlantı qurulub. TQDK sədri Məleykə Abbaszadə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Məleykə Abbaszadə qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur. Heydər Əliyev Sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı ilk illərdən ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını xüsusi nəzarətə götürüb və ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra bu iş daha geniş miqyasda davam etdirilib.
6 May, 2011 22:29 ⁄ Baxılıb: 1372
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |