Simsar.az | bizi özünüzə Simsar bilin
“Mur-Ay” MMC-nin axtarışda olan rəhbəri həbs edilib

Onun törətdiyi bu cinayət əməli zərərçəkmişlərin haqlı narazılığına səbəb olub

“Mur-Ay” MMC-nin axtarışda olan rəhbəri həbs edilib. Bu barədə Simsar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Mur-Ay” MMC-nin sədri vəzifəsində çalışmış Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurub. Onun törətdiyi bu cinayət əməli zərərçəkmişlərin haqlı narazılığına səbəb olub.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov mayın 4-də Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

5 May, 2011  21:46 Baxılıb: 1341

Bu bölmədə