Simsar.az | bizi özünüzə Simsar bilin
Evdə partlayış oldu

Yaralananlar var

Bakıda yaşayış evində partlayış olub. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 12.00 radələrində rayonun Tofiq Abbasov küçəsi 6, mənzil 30 ünvanında qeydə alınıb. Beşinci mərtəbədə yerləşən mənzildə baş verən partlayışa qaz sızması səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının həkim briqadası gəlib. Partlayış nəticəsində evdə olan 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş hadisə ilə bağlı hazırda hadisə yerində araşdırmalar davam etdirilir.

5 May, 2011  17:38 Baxılıb: 1152

Bu bölmədə