Simsar.az | bizi özünüzə Simsar bilin
Gədəbəy, Qazax və Füzuli gülləbaran edildi

Ermənilər atır, azərbaycanlılar susdurur

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 4-də saat 12.00-dan 12.35-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17.15-dən 17.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 22.10-dan 22.20-dək, 23.45-dən 23.50-dək və 00.10-dan 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

5 May, 2011  16:27 Baxılıb: 1220

Bu bölmədə