Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi ekspert cəhbəhədə gərginliyin artacağını güman edir

Üzeyir Cəfərov: “May ayında Azərbaycan ordusunun itkisi çoxala bilər”

Ermənistan Silahlı Qüvvələri son günlər peşəkar snayperlərini cəbhə xəttinin ön nöqtələrinə yerləşdirməyə başlayıb. Onlara mümkün qədər qarşı tərəfdə itkilərə səbəb olmaq tapşırığı da verilib. 
Düşmən hərbiçiləri Azərbaycan Ordusunun canlı qüvvəsi ilə yanaşı, təmas xəttinin yaxınlığında mal-qara otaran, təsərrüfatla məşğul olan yerli sakinləri, hətta ev heyvanlarını da hədəfə alıb məhv etmək haqda əmr alıb. Məlumatı APA-nın Qarabağ bürosu yayıb.
Azərbaycan tərəfi də öz növbəsində, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin icra nümayəndələrinə yerli sakinlər arasında düşmən snayperlərindən qorunmaq üçün maarifləndirmə işləri aparmaq haqda təlimat verib.
Hərbi ekspert Üzeyir Cəfərov Simsar.az- a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən erməni əsgərinin məhv edilməsi ilə bağlı məlumatlardan sonra cəbhə xəttində gərginliyin artacağını gözlənilən olduğunu deyir: “Biz məlumat əldə etmişik ki, Ermənistan Müdafiə Nazirliyi snayperlərinə bir erməni əsgərinin öldürülməsinə cavab olaraq bir neçə azərbaycanlı əsgəri qətlə yetirmək tapşırığı verib. Artıq işğal altında olan yüksəkliklərdə ermənilərin snayperlər yerləşdirməsi barədə xəbərlər gəlir. Bu isə cəbhə xəttində gərginliyin artması ilə müşahidə olunur”.
Hərbi ekspertin fikrincə cəbhə xəttində gərginliyin pik vaxtı may ayına təsadüf edir: “May ayında Azərbaycan ordusunun itkisi çoxala bilər. Buna görə də komandanlıq gərək çox diqqətli olsun və lazımi ehtiyat tədbirləri görsün”.
Aynurə




4 May, 2011  18:47 Baxılıb: 1176

Bu bölmədə