“Yeni Müsavat” və “Azadlıq” qəzetləri Anar Məmmədova təkzib məktubu göndəriblər
Ruslan Məmmədov: "Qəzetlər təkziblə yanaşı üzrxahlıq da etməlidir” “Yeni Müsavat” və “Azadlıq” qəzetləri iş adamı, “ZQAN holdinq”in İdarə Heyətinin sədri Anar Məmmədovla məhkəmə çəkişməsini barışıqla həll etmək istəyirlər”. Anar Məmmədovun vəkili, “ZQAN holdinq”in hüquq departamentinin rəhbəri Ruslan Məmmədov mayın 3-də “Media forum” saytına açıqlamasında deyib ki, qəzetlər yaranmış mübahisənin məhkəmədən kənar həlli üçün təkzib verməyi təklif ediblər: “Onlar bizə bir təkzib mətni veriblər. Həmin mətni müzakirə edirik və hələlik son qərarımızı verməmişik. Lakin deyə bilərəm ki, təkzib mətni bizi tam qane etmir. Düşünürük ki, qəzetlər təkziblə yanaşı üzrxahlıq da etməlidir”.
3 May, 2011 20:56 ⁄ Baxılıb: 1333
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |