Ombudsmanın nümayəndələri rayon təcridxanalarına baxış keçiriblər
Saxlanılan şəxslərlə söhbət aparılaraq onlara hüquqları izah olunub İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri Cəlilabad Regional Mərkəzinin əməkdaşları Lənkəran, Astara, Lerik, Masallı, Biləsuvar, Salyan və Neftçala rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Hər hansı pozuntu aşkar edilməyib. Saxlanılan şəxslərlə söhbət aparılaraq onlara hüquqları izah olunub.
3 May, 2011 00:35 ⁄ Baxılıb: 1161
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |