Keçmiş deputatlığa namizəd barəsində həbs-qətimkan tədbiri seçilib
Hüquq müdafiəçisi Vidadi İsgəndərov barəsində həbs-qətimkan tədbiri seçilib Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, ötən il noyabrın 7-də Milli Məclisinə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.
3 May, 2011 02:50 ⁄ Baxılıb: 1220
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |