Simsar.az | bizi özünüzə Simsar bilin
Əfsanəvi boksçu öldü

İdmançının ölüm səbəbi bilinmir

Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion Henri Kuper 77 yaşında dünyasını dəyişib.

Simsar.az-ın məlumatına görə, Kuper Oksted şəhərində oğlunun mənzilində keçinib. 

Əfsanəvi idmançının ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Henri Kuperin idmançı karyerası 1949-cu ildə başlayıb. O, 1954-cü ildə peşəkar boksa keçib. 1971-ci ildə Co Baqnerə məğlubiyyətdən sonra Kuper karyerasını başa vurub. Məşhur ağır çəkili boksçu İngiltərə Kuboku, Millətlər Birliyinin qalibi və Avropa çempionu olsa da, dünya çempionu adını qazana bilməyib. Kuper Böyük Britaniyanın ən güclü boksçularından sayılıb. O, 2000-ci ildə cəngavər elan edilib və boksçular arasında “ser” titulunun ilk sahibi olub.

2 May, 2011  19:26 Baxılıb: 1375

Bu bölmədə