Simsar.az | bizi özünüzə Simsar bilin
Hacıqabuldakı qaz emalı zavodunda partlayış

Ölən və yaralananlar var

Azərbaycanda qaz emalı zavodunda güclü partlayış olub.

APA-nın məlumatına görə, hadisə ötən gecə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yerləşən qaz emalı zavodunun qaz anbarında qeydə alınıb. Hadisə nəticəsində zavodun briqadiri, 50 yaşlı Adil Bəşirov aldığı xəsarətdən dünyasını dəyişib. Zavodun baş mühəndisinin müavini, 31 yaşlı Anar Tərlanov, digər işçilər – 35 yaşlı Vüsal Rəhimov və 41 yaşlı Babək Qayıbov ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, partlayışa zavodda qaynaq işləri aparılarkən təhlükəsizlik qaydasının pozulması səbəb olub.

Baş vermiş hadisə ilə bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

2 May, 2011  17:27 Baxılıb: 1298

Bu bölmədə