Simsar.az | bizi özünüzə Simsar bilin
Şahmat Festivalı sabah sona çatacaq

“Naxçıvan Open 2011” Şahmat festivalı mayın 1-də sona çatacaq

Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open 2011” Şahmat festivalı mayın 1-də sona çatacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 23 aprel tarixindən start götürmüş festivalda Azərbaycan da daxil olmaqla 12 ölkədən 160-a yaxın şahmatçı iştirak edib. 
Festivalın bağlanış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək. Tədbir Naxçıvan Şahmat mərkəzində saat 18.00-da baş tutacaq.

30 Aprel, 2011  21:59 Baxılıb: 2078

Bu bölmədə