Simsar.az | bizi özünüzə Simsar bilin
Neft Akademiyasının qarşısında toplantı

Aksiya icazəlidir

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən faciənin ikinci il dönümü ilə bağlı aksiyalar keçiriləcək. 

Simsar.az -ın məlumatına görə, artıq ADNA-nın qarşısına xeyli gənc toplaşıb. “İrəli” gənclər hərəkatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı və Milli Şura saat 11:00-da dinc aksiya keçirməyi planlaşdırır. Qeyd edək ki, aksiyanın keçirilməsinə icazə verilib. 

Xatırladaq ki, bu gün “Nida ” cəmiyyəti də ADNA-nın arşısında aksiya keçirməyi planlaşdırır. Saat 14:00-a təyin olunmuş nümayişə icazə verilməyib.

30 Aprel, 2011  16:38 Baxılıb: 1213

Bu bölmədə