Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan əsgəri daha iki erməni əsgərini öldürdü

Ermənistanın mətbuatı əsgərlərindən birinin yaralandığını yazır

Silahlı Qüvvələrinin atəşkəs rejimini müntəzəm pozması onlara baha başa gəlir.

Ermənilər hər dəfə atəşkəsi pozandan sonra cavab atəşi ilə geri otuzdurulurlar və bu zaman bəzən itki də verirlər.

Simsar.az-ın verdiyi məlumata görə, aprelin 29-da erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə 2 düşmən əsgəri məhv edilib. Ermənistanın mətbuatı daha bir əsgərin yaralandığını bildirir.
Xatırladaq ki, aprelin 28-də də ermənilərin atəşkəsi pozmasına cavab olaraq ordumuzun açdığı cavab atəşi ilə bir düşmən əsgəri – Vazgen Baxşiyan məhv edilib.

30 Aprel, 2011  15:33 Baxılıb: 1159

Bu bölmədə