Simsar.az | bizi özünüzə Simsar bilin
Yağışlar davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az- verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı, duman olacağı gözlənilir. 

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

30 Aprel, 2011  14:26 Baxılıb: 1235

Bu bölmədə