Simsar.az | bizi özünüzə Simsar bilin
Messi «Real»la cavab oyununu buraxa bilər

Ulduz futbolçunu «Real» ilə cavab qarşılaşmasına çatdırmağa çalışır

Simsar.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kataloniyalıların argentinalı ulduzu Lionel Messinin cavab oyununda meydana çıxıb-çıxmayacağı sual altındadır. O, ilk qarşılaşma zamanı rəqiblərindən bir neçə ciddi zərbə alıb. Messinin İspaniya çempionatının növbəti turunda «Real Sosiedad»la oyuna çıxmayacağı dəqiqdir. Həkimlər ulduz futbolçunu «Real» ilə cavab qarşılaşmasına çatdırmağa çalışır.
Xatırladaq ki, yarımfinalın ilk qarşılaşmasında «Barsa» «Kral klubu»nu Madriddə məhz Messinin qolları ilə 2:0 məğlub edib.

29 Aprel, 2011  19:30 Baxılıb: 1271

Bu bölmədə