Simsar.az | bizi özünüzə Simsar bilin
Hakerlər daha bir şəbəkəni sındırdı

77 milyon istifadəçinin şəxsi məlumatları oğurlanıb 

Hakerlər “Sony PlayStation Network” kompüter şəbəkəsini sındırıb. Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 77 milyon istifadəçinin şəxsi məlumatları, o cümlədən kredit kartlarının nömrələri oğurlanıb. 


İstifadəçilərin qeydiyyat, ad və soyad, yaşayış yeri, elektron poçtu, doğum tarixi, o cümlədən pul vəsaitləri haqqında məlumatların hakerlərin əlinə keçməsindən ehtiyat edilir. “Sony” şirkəti kredit kartlarındakı məlumatların şifrələndiyini, ancaq bu şifrələrin də oğurlanıb-oğurlanmadığını bilmədiklərini bəyan edib.


“Sony PlayStation Network” kompüter şəbəkəsi müvəqqəti olaraq istifadəçilər üçün bağlanıb. Şəbəkənin nə vaxt açılacağı bildirilməyib.

28 Aprel, 2011  23:59 Baxılıb: 1321

Bu bölmədə