Fidan Hacıyevanın Romada solo konserti olacaq
Mayın 9-da Romanın ən böyük konsert salonlarından birində keçiriləcək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva vokal sənətinin vətəni İtaliyada çıxış edəcək. F. Hacıyevanın Simsar/az -a verdiyi məlumata görə, konsert mayın 9-da Romanın ən böyük konsert salonlarından birində keçiriləcək. O bildirib ki, konsert mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsinə həsr ediləcək: “İtaliya səhnəsində çıxış etmək hər bir opera sənətçisinin arzusudur. Mən də bu baxımdan istisna deyiləm, lakin bunun belə tezliklə baş verəcəyini heç güman etmirdim. Buna görə də İtaliya səhnəsində ilk çıxışa çox ciddi hazırlaşıram. Konsertin proqramı çox zəngindir. Buraya Azərbaycan romansları, operalardan ariyalar, eləcə də populyar italyan və fransız ariyaları daxildir”.
28 Aprel, 2011 23:31 ⁄ Baxılıb: 1373
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |