Simsar.az | bizi özünüzə Simsar bilin
Kukla Teatrı Mərakeşdə birinci yeri qazandı

Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşası ilə çıxış edib

Festivala Asiya, Avropa, Afrika və Amerika qitələrindən 11 uşaq teatrı qatılıb. Azərbaycan isə A. Şaiq adına Dövlət Kukla Teatrı tərəfindən təmsil olunub. 
Simsar.az-ın məlumatına görə, teatrın truppası festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşası ilə çıxış edib. Böyük maraqla qarşılanan bu tamaşaya görə Kukla Teatrı festivalda birinci yeri qazanıb. Teatr diplom və pul mükafatı ilə təltif olunub.

Festivalın ikinci yerinə Mərakeş, üçüncü yerinə isə İraq uşaq teatrı layiq görülüb.

28 Aprel, 2011  22:55 Baxılıb: 1508

Bu bölmədə