Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan hakimlər Komitəsinin gizlini açıldı

Premyer Liqa və kubok oyunlarını idarə edecək hakimlərin kimliyi bilin

Hakimlər Komitəsi Premyer Liqa və kubok oyunlarına hakim təyinatları gizlətsə də, bu barədə mətbuata vaxtaşırı məlumat çıxır. Xaqani Məmmədov təyinatları nə qədər gizli saxlamağa çalışsa da, yenə də rəhbərliyi altındakı komitədən xəbər sızıntısının qarşısını ala bilmir.
Gizli saxlanılan təyinatla bağlı Fanat.az-a növbəti məlumat daxil olub. Hakimlər Komitəsindəki mənbənin verdiyi məlumata görə, sabah keçiriləcək oyunlar FİFA referiləri - Elçin Məmmədov və Fariz Yusifova tapşırılıb.
Elçin Məmmədov "Şəfa" stadionunda keçiriləcək və saat 18.00-da başlayacaq "İnter" - AZAL matçını idarə edəcək. Fariz Yusifov isə saat 18.00-da Lənkəran şəhər stadionunda start götürəcək "Xəzər Lənkəran" - "Bakı" oyununda fit çalacaqö
Bir məqamı da qeyd edək ki, mətbuatı yalançı çıxarmaq və Hakimlər Komitəsindən informasiya sızıntısının olmadığını göstərmək istəyən Xaqani Məmmədovun yenə son anda təyinatı dəyişməsi mümkündü. Hər halda, bu kimi hallarla indiyədək dəfələrlə rastlaşmışıq.

27 Aprel, 2011  16:48 Baxılıb: 1298

Bu bölmədə