Simsar.az | bizi özünüzə Simsar bilin
“Mançester Yunayted”dən final addımı

Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib

Simsar.az-ın məlumatına görə, ilk oyun günündə Almaniyanın “Şalke 04” klubu İngiltərə “Mançester Yunayted”ini qəbul edib. 

“AufŞalke Arena”da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 67-ci dəqiqədə Rayan Giqqz, 70-ci dəqiqədə isə Ueyn Runi vurub. Cavab görüşü aprelin 4-də keçiriləcək. Lakin “Mançester Yunayted” inamlı səfər qələbəsi sayəsində öz meydançasında keçirəcəyi təkrar qarşılaşmanı formallığa çevirib.

Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İspaniyanın “Real Madrid” və “Barselona” klubları arasında olacaq.

27 Aprel, 2011  14:26 Baxılıb: 1325

Bu bölmədə