Simsar.az | bizi özünüzə Simsar bilin
AVROVİZİYA MÜSABİQƏSI UCUZLAŞA-UCUZLAŞA GEDİR - SİYAHI

35 milyon evro hara, 7,8 milyon evro hara...

Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers “Avroviziya 2011” mahnı müsabiqəsi həftəsinin gündəliyini açıqlayıb. 

Simsar.az müsabiqənin rəsmi internet saytına istinadla xəbər verir ki, şəhər meri mayın əvvəlindən şəhərdə müxtəlif promo-aksiyaların start götürəcəyini bildirib. Şəhər administrasiyası bu tədbirlər üçün 7,8 milyon avro vəsait ayırıb.

Maraqlıdır ki, bu vəsait bu günə qədər müxtəlif ölkələrdə keçirilən müsabiqənin təşkilat işlərinə ayrılan puldan xeyli azdır. Bu isə o anlama gəlir ki, dünyada Avroviziya müsabiqəsinə maraq ciddi şəkildə azalıb. Təsadüfü deyil ki, Norveçdə 2010 Avroviziya mahnı müsabiqəsinə 10-a yaxın ölkə qatılmaqdan imtina edib.

Simsar.az müqayisə üçün buna qədər altı ölkədəki müsabiqəyə ayrılan vəsaitin miqdarını təqdim edir:

2005-ci il, Ukrayna-12 milyon evro
2006-cı il, Yunanıstan-13 milyon evro
2007-ci il, Finlandiya-24 milyon evro
2008-ci il, Serbiya-24 milyon evro
2009-cu il, Rusiya-35 milyon evro
2010-cu il, Norveç-17 milyon evro

Günel

26 Aprel, 2011  21:07 Baxılıb: 1595

Bu bölmədə