Simsar.az | bizi özünüzə Simsar bilin
Premyer Liqanın 4 klubunu cəzalandırılıb

AFFA türkiyəli məşqçini cəzalandırıb

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə Premyer Liqanın 4 klubunu cəzalandırıb. Çempionatın XXVIII turunun “Neftçi” – “Bakı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat cərimə olunub.

“Gəncə” - “Turan” oyununda isə meydan sahibləri eyni taleyi yaşayıblar. Belə ki, 4 futbolçusu sarı vərəqə ilə cəzalanan gəncəlilər də 1000 manat ödəməli olacaq. Bu qarşılaşma “Turan”a da ağır başa gəlib. Belə ki, tovuzlular baş məşqçilərini itiriblər. Oyunun 81-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılan Naci Şensoy 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub. Bu isə o deməkdir ki, Kosovo türkü olan Şensoy üçün cari mövsüm başa çatıb. Çempionatın son 4 turunu cəzalı olacaq 53 yaşlı çalışdırıcı gələn mövsümün ilk turunu da buraxmalıdır.

“Xəzər Lənkəran” isə növbəti dəfə azarkeşlərinin güdazına gedib. AZAL-la qarşılaşmanın 24-cü və 84-cü dəqiqələrində meydançaya kənar əşya atan fanatları klubu 2000 manat ziyana salıb.

26 Aprel, 2011  19:24 Baxılıb: 1335

Bu bölmədə