Simsar.az | bizi özünüzə Simsar bilin
Mourinyonu qovmaq istəyib

Komandanın baş məşqçisi Joze Mourinyonu 2010-cu ilin dekabrında qovmağa hazırlaşıb

İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres komandanın baş məşqçisi Joze Mourinyonu 2010-cu ilin dekabrında qovmağa hazırlaşıb.

Simsar.az-ın “El Pais”ə istinadən verdiyi məlumata görə, istefaya Mourinyonun 1:0 hesablı qələbə qazandıqları “Sevilya” ilə matçdan sonra paltardəyişmə otağındakı sözləri səbəb ola bilərmiş. 

Prezidentlə baş məşqçinin münasibətlərində böhran isə noyabrın 29-da “Barselona”ya 0:5 hesablı məğlubiyyətdən sonra yaranıb. Mourinyo “Sevilya” ilə görüşdən sonra bildirib ki, “Real Madrid”i dahi klub saymır. O, komanda barədə kobud fikirlər də səsləndiribmiş. Bundan sonra Peres Mourinyonu söhbətə çağırıb. Danışıqlar zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Lakin sonradan “Real Madrid”in prezidenti Mourinyonu qovmaq fikrindən daşınıb. O, azarkeşlərlə münaqişədən yayınmaq üçün portuqaliyalı mütəxəssisi postunda saxlamağa qərar verib.

Qeyd edək ki, İspaniya çempionatında 2010-2011-ci il mövsümünün sonuna 5 tur qalmış “Real Madrid” lider “Barselona”dan 8 xal geridə olmaqla, ikinci yeri tutur. Lakin İspaniya Kubokunun finalında “kral klubu” kataloniyalıları məğlub edib. Əzəli rəqiblər arasında daha 2 qarşılaşma Çempionlar Liqasının yarımfinalına təsadüf edəcək. İlk görüş aprelin 27-də Madriddə, cavab oyunu isə mayın 3-də Barselonada olacaq.

26 Aprel, 2011  18:16 Baxılıb: 1333

Bu bölmədə