Simsar.az | bizi özünüzə Simsar bilin
Sərxoşlar növbə rəisini döydü

Qaz İstismarı İdarəsinin çilingəridə hücuma məruz qalıb

Aprelin 25-də Bakıda xuliqanlıq hadisəsi baş verib. 

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayon Qaz İstismarı İdarəsində sərxoş halda olan Bakı şəhər sakinləri Fuad Əzimov və Aqil Hacıyev xuliqanlıq zəminində orada çilingər Rüfət Əliyevi və növbə rəisi Ramil Hidayətovu döyüblər.

Nizami rayon Polis İdarəsi 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əzimov və A.Hacıyev tutulub.

26 Aprel, 2011  18:11 Baxılıb: 1260

Bu bölmədə