Simsar.az | bizi özünüzə Simsar bilin
Kılıçdaroğlu - Ərdoğan mübarizəsinin söyüş mərhələsi -VİDEO

“Məni korrupsiya ilə anma. Anarsan ananı... ana... ana... yox dalını deməyim”

Türkiyədə anamüxalifət sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu seçki kampaniyası çərçivəsində keçirdiyi mitnqlərdən birində baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına ağır sözlər söyləyib.

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, Zonquldaq vilayətində Kılıçdaroğlunun keçirdiyi mitinqdə Rəcəb Tayyib Ərdoğana müraciət edərək “məni korrupsiya ilə anma (xatırlama). Anarsan ananı... ana... ana... yox dalını deməyim” – deyib.

Mitinqə televiziyada baxan bir çox tamaşaçı CHP liderinin bu sözünü dil dolaşması hesab etsə də Kılıçdaroğlu bu sözü qəsdən dediyini etiraf edib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu daha sonra jurnalistlərə verdiyi açıqlamada “daha sərt” bir ifadədən istifadə edəcəyini, amma doğru olmadığını hesab edərək fikirini tamamlamadığını deyib.

26 Aprel, 2011  15:48 Baxılıb: 1250

Bu bölmədə