Simsar.az | bizi özünüzə Simsar bilin
15 yaşlı qız itdi

27-ci Polis Bölməsi araşdırma aparır

Mağazaya getmək adıyla evdən çıxan qız geri qayıtmayıb

Bakıda 15 yaşlı qız itkin düşüb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü Emilya Rəhimovanın valideynləri qızlarının itkin düşməsi ilə bağlı 27-ci Polis Bölməsinə məlumat veriblər.

Məlumata görə, E.Rəhimova aprelin 21-də saat 15:00 radələrində mağazaya getmək adı ilə evdən çıxıb, lakin qayıtmayıb. Ailə üzvləri qızı bir neçə gün axtarsalar da, onu tapa bilməyiblər və polisə müraciət ediblər.

Qızın hansı şəraitdə yoxa çıxması və hazırda harada olması ilə bağlı 27-ci Polis Bölməsində araşdırma aparılır.

25 Aprel, 2011  19:53 Baxılıb: 1232

Bu bölmədə