Simsar.az | bizi özünüzə Simsar bilin
Futbolçu Əmrə həlak oldu

“Beşiktaş” klubu və Türkiyə Futbol Federasiyası başsağlığı mesajı yayımlayıb

Türkiyənin “Beşiktaş” klubunun “Balıkesirspor” komandasında icarə əsasında çıxış edən futbolçusu Əmrə İncəmollaoğlu dünyasını dəyişib. 

Simsar.az-ın məlumatına görə, 23 yaşlı oyunçu bu gecə avtomobil qəzasına düşüb. 

Əmrə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, aprelin 25-də İstanbula gətirilərək torpağa tapşırılacaq. Faciəli hadisə ilə əlaqədar “Beşiktaş” klubu və Türkiyə Futbol Federasiyası başsağlığı mesajı yayımlayıb.

Qeyd edək ki, Əmrə İncəmollaoğlu futbola 11 yaşında başlayıb. O, müxtəlif klublarla yanaşı, Türkiyənin 17, 18 və 19 yaşadək yığmalarında da forma geyinib.

25 Aprel, 2011  19:50 Baxılıb: 1440

Bu bölmədə