Simsar.az | bizi özünüzə Simsar bilin
Moskvada daha bir azərbaycanlı taksi sürücüsü öldürüldü

Birinci yerlimizi bıçaqlamışdılar, ikincini güllələdilər

23 yaşlı gəncin başına 4 güllə vurublar

Bu gün səhər saat 5:45 radələrində Moskvada Azərbaycan əsilli taksi sürücüsü, 23 yaşlı Samir Qasımov güllələnib.

Simsar.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Yujnaya Butovskaya küçəsində başından 4 güllə yarası alan Samir Qasımov hadisə yerində keçinib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Aprelin 16-sı Moskvada bu qəbildən olan daha bir qətl hadisəsi baş verib. Rusiya güc strukturlarından birinin zabiti Azərbaycan vətəndaşını bıçaqlayıb. İnterfaks” agentliyinin məlumatına görə zabitlə taksi sürücüsü arasında mübahisə yolun hərəkət hissəsinin bölüşdürülə bilməməsi ilə əlaqədar yaranıb. Xidmətdə olmayan zabit taksi sürücü ilə mübahisəyə girişib və nəticədə qarşıdurma yaranıb.

RİA “Novosti”nin dəqiqləşdirdiyi məlumata görə, qətlə yetirilən azərbaycanlının 57 yaşı olub.

25 Aprel, 2011  16:29 Baxılıb: 1227

Bu bölmədə