Simsar.az | bizi özünüzə Simsar bilin
Şok görüntülər saxta çıxdı

Boyat çörəkdən düzəldilən “yadplanetli”  

Bir neçə gün öncə Sibirdə tapılan naməlum məxluq görənləri heyrətə salmışdı. İki gəncin gəzinti zamanı qar üstündə tapıb, görüntülərini internetdə yaydığı məxluq “yadplanetli” adlandırılırdı. 

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, videonu çəkən 18 yaşındakı Timur Hilall və 19 yaşındakı Kirill Vlasov polis tərəfindən dindirilərkən görüntülərin saxta olduğunu etiraf ediblər. Dediklərinə görə, məxluqu boyat çörəkdən emal edib, üzərini də toyuq dərisi ilə örtüblər.
Polis gənclərin hərəkətinin cinayət olub-olmamasını araşdırırlar.

Ancaq bəziləri bu xəbərin doğru olmasına şübhə ilə yanaşırlar. Onların fikrinə görə, bu xəbər dövlətin hadisəni gizlətmək və unutturmaq üçün yürütdüyü siyasətdir.

Günel

23 Aprel, 2011  18:37 Baxılıb: 1613

Bu bölmədə