Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

İtki yoxdu

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 22-də saat 22.15-dən 22.22-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.50-dən 17.53-dək, 21.50-dən 22.00-dək, 04.30-dan 04.35-dək və 04.50-dən 04.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Qorqan və Aşağı Ədülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

23 Aprel, 2011  15:48 Baxılıb: 1181

Bu bölmədə