Simsar.az | bizi özünüzə Simsar bilin
Həsən Əblucun 69 yaşı oldu

Aktyor və rejissorun ilk səhnə əsəri “Adsız ulduz” tamaşası olub

İstedadlı aktyor və rejissor Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə dünyaya göz açsa da hələ uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. 
Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirən H.Əbluc elə həmin ildə də Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.
Ömrünün sonrakı illərində Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib, Kinostudiyada film dublyajlarında iştirak edib, Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.
Aktyor həm də bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb.
O, 13 mart 1994-cü ildə vəfat edib.

Aynurə

22 Aprel, 2011  17:33 Baxılıb: 1550

Bu bölmədə