Simsar.az | bizi özünüzə Simsar bilin
Əsgər vəfat etdi

Kərimbəyli Elçin dəfn olundu

O, bu gün Bakıda dəfn olunub

Aprelin 20-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Simsar.az-ın məlumatına görə, 2010-cu ilin oktyabr ayında Bakı şəhər, Nərimanov rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş 1992-ci il təvəllüdlü Kərimbəyli Elçin Əli oğlu xəstəlikdən dünyasını dəyişib. O, “N” saylı hərbi hissədə ürək çatışmazlığından ölüb.

Vəfat etmiş əsgərin cənazəsi bu gün qeydiyyatda olduğu Nərimanov rayon Murtuza Nağıyev küçəsinə gətirilib və paytaxt qəbiristanlıqlarından birində dəfn olunub.

Faktı Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

21 Aprel, 2011  23:08 Baxılıb: 1364

Bu bölmədə