Simsar.az | bizi özünüzə Simsar bilin
AYB-DƏKİ YAZIÇILARIN SƏDR KİM OLSUN?

Xalq yazıçısı Anarın birinci posta tövsiyyə edəcəyi adam ola bilər 

Simsar.az saytının Azərbaycan Yazıçılar Birliyi daxilində yaşanan qurultay hazırlıqları barədə oxuculara verdiyi: “Anar daha AYB-nin sədri olmayacaq” başlıqlı xəbər artıq münasibətli yazılara çevrilib.

Siyahıda Elçin Hüseynbəylinin də adı var

“AYB-nin sədri kim olacaq” mövzusunda katiblər Çingiz Abdullayev və Rəşad Məcidin ardından “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin adı çəkilir.
O, deyib: “Ağsaqqalımız Anardır, birinci o fikrini bildirməlidir. Əgər o, namizədliyini verməsə, potensial iddiaçılar namizədlik barədə düşünə bilərlər ki, kim daha çox yararlıdır, kimin şansı böyükdür. Qurum sədrliyinə iddialılar məsələsində bir neçə namizədin adı hallanır. Özləri bu barədə fikir bildirmədiklərinə görə o adamların adlarını açıqlamaq istəmirəm. Həmin siyahıda mənim də adım var”.

Çingiz Abdullayev susur

Ç.Abdullayev və Rəşad Məcid bu haqda mətbuata danışmırdı. Xalq yazıçısı hələ də danışmır. R.Məcid isə bu gün eyni istiqamətdə açıqlama verib.

Rəşad Məcid belə danışır

“Yəqin ki qurultay bu il yox, gələn il baş tutacaq. Bölgələrdən nümayəndələrin seçilməsinə payızda başlasaq, bu ilin axırına proses ancaq başa çatar. Ən yaxşı halda qurultay gələn ilin yazında baş tuta bilər. Ona görə də, çox arzulayanlara bu mesajımızı çatdırırıq”. Bu fikir Yazıçılar Birliyinin Gənclər üzrə Katibi Rəşad Məcidə aiddi.  

Yuxuda AYB sədri

Katib bildirib ki, sədr məsələsi də qurultay ərəfəsində müzakirə olunacaq. Və o belə düşünür: “Mən fikirləşirəm ki, əgər Anar müəllim namizədliyini verəcəksə, birmənalı şəkildə daha çox səs yığıb Yazıçılar Birliyinin sədri olacaq. Əgər Anar müəllim namizədliyini verməyib, geri çəkiləcəksə, o zaman onun sözünün xüsusi əhəmiyyəti olacaq və namizədlər ətrafında geniş müzakirələr aparıla bilər. Kimsədə yatıb yuxuda özünü Yazıçılar Birliyinin sədri görürsə, bunu mən çox gülüş və ironiya ilə qarşılayıram” .

Anar İsaoğlu

21 Aprel, 2011  20:07 Baxılıb: 1505

Bu bölmədə