Nəşrlərimiz Dünyanın ən iri kitab yarmarkalarının birində
Yarmarka 20 apreldən 9 maya qədər davam edəcək Azərbaycan ilk dəfə olaraq Latın Amerikasının ən iri nəşriyyat və mədəniyyət tədbirlərindən olan “37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası”nda iştirak edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfirliyi 20 aprel 2011-ci il tarixində Latın Amerikasının ən iri mədəniyyət və nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasının (La Feria Internacional del Libro de Buenos Aires) rəsmi açılışı olmuşdur. Sərginin açılışında Argentina hökumətinin, Buenos-Ayres şəhərinin rəsmiləri və 2010-cu il Ədəbiyyat üzrə Nobel Mükafatçısı olan perulu yazıçı Mario Vargas Llosa çıxış edir. Dünyanın ən iri 5 kitab yarmarkalarından biri, habelə Argentinada ilin aparıcı mədəniyyət və təbliğat tədbiri hesab edilən Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində iştirakçılar tərəfindən konsert, rəqs və teatr proqramları, kitab və digər nəşriyyatların təqdimatı təşkil edilir və Azərbaycan Səfirliyi tərəfindən də ölkəmizin təbliği məqsədilə tədbirlərin keçirilməsi planlaşdırılır.
21 Aprel, 2011 17:18 ⁄ Baxılıb: 1457
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |