Simsar.az | bizi özünüzə Simsar bilin
Səttar Mehbalıyev jurnalistlərə çağırış etdi

"Onlıar vaxtından çox işlədilmə və ya qanunsuz işdən çıxarılma ilə üzləşirlər"

“Tikinti və energetika sektorunda ölüm və xəsarət halları çoxalır ki, bu da ciddi narahatlıq doğurur”. 

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. S.Mehbalııyev deyib ki, 2011-ci ilin 1-ci rübündə 24 nəfər peşə fəaliyyəti zamanı həyatını itirib, 44 nəfər xəsarət alıb. Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan müəssisələrdə isə 4 nəfər iş başında ölüb. 

S.Mehbalıyev onu da qeyd edib ki, hər il onlara, pensiyaların düzgün hesablanmaması, işdən çıxarılma, mənzil növbəsindəki problemlərlə bağlı 160 mindən çox müraciət daxil olur. İşdən çıxarılma ilə bağlı 20 nəfərin işə yenidən qaytarılmasına nail olunub. S.Mehbalıyev bütün müəssisələri Həmkarlar İttifaqı yaratmağa çağırıb. O bildirib ki, ittifaqda birləşən işçilərin hüquqlarını müdafiə etmək də mümkün olub.

Konfederasiya sədri qeyd edib ki, hüquqları pozulan və onlara müraciət edən şəxslərin əksəriyyəti həmkarlar ittifaqlarında birləşməyib: “Bu gün kütləvi informasiya vasitələrində işləyənlərin əksəriyyəti də həmkarlar ittifaqları yaratmayıb. Bu səbəbdən də vaxtından çox işlədilmə və ya qanunsuz işdən çıxarılma ilə üzləşirlər. Odur ki, jurnalistləri həmkarlar ittifaqları yaratmağa çağırırıq”.

21 Aprel, 2011  16:18 Baxılıb: 1234

Bu bölmədə