Simsar.az | bizi özünüzə Simsar bilin
“Qarabağ”ın futbolçusundan mesaj

“Təbii ki, belə uğur futbolçu üçün sevindiricidir”

Unibank Premyer Liqasında fevralın ən yaxşı futbolçusu seçilən “Qarabağ”ın hücumçusu Rauf Əliyev mükafatını şəxsən ala bilməyib.

Simsar.az-ın məlumatına görə, hazırda Azərbaycan yığmasının tərkibində Almaniyada tibbi müayinədən keçən Əliyev klubunun rəsmi saytına açıqlama verib. 

“Təbii ki, belə uğur futbolçu üçün sevindiricidir” deyən gənc futbolçu “Son 2 ayda uğurlu çıxış etdiyimizə görə mükafatı “Qarabağ”dan hansısa futbolçunun alacağını gözləyirdim. Elə martda da keçirdiyimiz bütün oyunlarda qələbə qazanmışdıq. Mükafatı Georgi Adamiya Rəşad Sadiqov, Vüqar Nadirov da bu mükafatı ala bilərdi” söyləyib.

İlk dəfə ayın futbolçusu seçildiyini xatırladan Əliyev yenə belə bir uğur əldə etmək istədiyini vurğulayıb: “Səs verənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Göstərilən etimad məni daha da ruhlandırdı”.

21 Aprel, 2011  00:03 Baxılıb: 1350

Bu bölmədə