Simsar.az | bizi özünüzə Simsar bilin
Polis azyaşlı uşağı saxlamayıb

DİN xəbərləri təkzib etdi 

İctimai Palataya daxil olan partiyaların aprelin 17-də keçirdiyi mitinq zamanı Gülnarə Quluzadə və onun azyaşlı qızının polis tərəfindən saxlanılması mətbuatın gündəmindədir.  
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 17 aprel aksiyası zamanı saxlanılan ana və onun azyaşlı uşağı ilə bağlı araşdırma aparıb. Ombudsman Aparatından Simsar.az-a daxil olan məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin qadın icazəsiz mitinqdə polis əməkdaşlarının tələblərinə əməl etmədiyi üçün uşağı ilə birlikdə polis maşınına mindirilərək bu ərazidən uzaqlaşdırılıb və polis bölməsinə aparılmadan Dənizkənarı Milli Parkın yanında sərbəst buraxılıb.

Bu gün Bakı şəhər Baş Polis İdarəsi  aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanmasına dair xəbərlərlə əlaqədar məlumat yayıb.
Məlumatda deyilir ki, aksiyanın qarşısı alındıqdan sonra bəzi mətbuat orqanlarında aksiya zamanı vətəndaş Quluzadə Gülnarə Çingiz qızının azyaşlı qızı ilə birlikdə polis orqanları tərəfindən saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:  “Əslində polis əməkdaşları Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə qanunsuz aksiya keçirilən ərazidən uzaqlaşdıraraq sərbəst buraxıb. Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib”.

Ruslan

20 Aprel, 2011  18:51 Baxılıb: 1536

Bu bölmədə