Simsar.az | bizi özünüzə Simsar bilin
Nəsibə Zeynalovanın 95 yaşı oldu

Aktrisa 40 filmə çəkilib

Bu gün Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı aktrisa Nəsibə Zeynalovanın doğum günüdür. 1916-cı ildə doğulan aktrisa həm teatr səhnəsində, həm televiziyada, həm də kinoda yaddaqalan obrazlar yaradıb. 

N. Zeynalova 1938-ci il aprelin 4-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Ömrünün sonuna qədər bu teatrda çalışıb. 40-a yaxın kinoda rol alıb.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Günel

20 Aprel, 2011  17:47 Baxılıb: 1554

Bu bölmədə