Simsar.az | bizi özünüzə Simsar bilin
Hz. Məhəmmədin çox qadınlarla evlənmə səbəbləri

Peyğəmbərimizin ailə qurduğu qadınların əksəriyyəti dul olub

Hz. Məhəmmədin birdən çox qadınla evlənməsi həmişə mübahisə mövzusu olub. 
Hz. Məhəmmədin (s.a.v.) çox qadınlarla evlənmə səbəbi kəsinliklə dünya zövqü üçün olmayıb.
Məkkənin ən yaraşıqlı, ağıllı və güvənilən gənclərindən olan Hz. Məhəmməd (s.a.v.) istəsəydi ilk evliliyini özündən gənc və çox gözəl olan bir xanımla qurardı. Hâlbuki o, ilk evliliyini özündən 15 yaş böyük və daha öncə iki dəfə ailə həyatı quran Hz. Xədicə evlənib.
Hz. Muhammed (s.a.v.) istəsəydi 25 il boyunca sadəcə Hz Xədicə ilə evil qalmaz, başqa xanımlarla da evlənərdi. Ancaq o, ilk həyat yoldaşı vəfat etməyənə qədər başqa biri ilə evlənməyib. O, Hz. Xədicənin vəfatından bir neçə il sonra özündən 3 yaş böyük Hz. Sevde ilə evlənib.
Hz. Məhəmmədin (s.a.v.) Hz.Aişədən başqa evləndiyi bütün qadınlar dul olub.
Hz.Məhəmmədin evləndiyi qadınların siyahısı:
1. Hz. Xədicə: Hz. Xədicə Hz. Məhəmməd (s.a..) ilə evləndiyində özünün qırx, Hz. Məhəmmədin isə 25 yaşı var idi.
2. Hz. Sevde: Hz. Sevdenın əri Həbəşistana hicrət etdikdən sonra vefat edib və kimsəsiz qaldığına görə peyğəmbərimizlə ailə qurub.
3. Hz. Aişə: Hz. Əbubəkirin qızı olan Hz. Aişə Resulullahın evləndiyi yeganə dul olmayan qadındır. Hz. Aişə Hz. Peyğambərdən sonra 48 il çox yaşayıb və 74 yaşında vefat.
4.Hz. Hafsa: Hz. Ömərin qızı olan Hz. Hafsa əri Huneysin Bədir müharibəsindən qayıtdıqdan sonra xəstələnərək vəfat edib və peyğəmbərimizlə ailə həyatı qurub.
5.Hz. Zeynəb: Hz. Zeynəb Resulullah ilə evləndiyi zaman 60 yaşında olub və evləndikdən iki ay sonra vefat edib.
6. Hz. Ümmü Seleme: Uhud müharibəsində şəhid olan Ümmü Seleme, 4 uşağıyla birgə tənha qalıb və Hz. Peyğambər onunla evlənib.
7. Hz. Zeynəb Binti Cahş: Hz. Peyğəmbərin xalası Üməyyənin qızı olan Hz. Zeynəb önce Rəsulullahıın övladlığa götürdüyü Hz. Zeyd ilə evlənib, daha sonra isə aralarındakı uyğunsuzluq səbəbindən boşanıb, Peyğəmbərimizlə ailə qurub.
8. Hz Cüveyriyə: Əsir alınan 700 nəfərin içərisindən Hz. Cüveyriyə Rəsulullaha müraciət edərək, əsirlilikdən azad olmaq üçün kömək istəyib. Hz. Peyğəmbər pulunu ödəyərək, onu əsirlikdən qurtarıb və onunla evlənib.
9. Hz. Ümmü Həbibə: Peyğəmbərimiz 9-cu dəfə Əbu Sufyanın qızı olan Ümmü Həbibə ilə evlənib.
10. Hz. Safiye: Peyğəmbərimiz 10-cu dəfə Safiyə xanımla evlənib.
11.Hz. Meymune: Hz. Peyğəmbərin evləndiyi son qadın Hz Meymunə olub.

 

Aynurə Həsənova 

19 Aprel, 2011  21:27 Baxılıb: 2880

Bu bölmədə