Simsar.az | bizi özünüzə Simsar bilin
Ombudsman aksiyada ana və azyaşlı qızın incidilmədiyini deyir

Uşağı ilə birlikdə polis maşınına mindirilərək həmin ərazidən uzaqlaşdırılan qadın polis bölməsinə aparılmayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 17 aprel aksiyası zamanı saxlanılan ana və onun azyaşlı uşağı ilə bağlı araşdırma aparıb. Ombudsman Aparatından Simsar.az-a daxil olan məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin qadın icazəsiz mitinqdə polis əməkdaşlarının tələblərinə əməl etmədiyi üçün uşağı ilə birlikdə polis maşınına mindirilərək bu ərazidən uzaqlaşdırılıb və polis bölməsinə aparılmadan Dənizkənarı Milli Parkın yanında sərbəst buraxılıb.

Eyni zamanda müvəkkil, mitinq zamanı saxlanılaraq barələrində inzibati qaydada həbs qərarı seçilmiş şəxslərlə görüşmələri üçün Ombudsman Aparatının əməkdaşlarını Bakı şəhər Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlanılma məntəqəsinə göndəriblər.

19 Aprel, 2011  20:52 Baxılıb: 1229

Bu bölmədə