Simsar.az | bizi özünüzə Simsar bilin
Magistraturada oxuyanlara hərbi möhlət verilməsilə bağlı məsləhətləşmələr aparılır

Ziyafət Əsgərov: "Bu məsələ Müdafiə Nazirliyi və prezidentin hərbi məsələr üzrə muşaviri ilə razılaşdırılmalıdir"

Magistratura və doktoranturada oxuyan tələbələrə hərbi möhlət hüququ verilməsi ilə bağlı məsləhətləşmələr aparılır. Simsar.az-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirirb.
Ziyafət Əsgərov deyib ki, magistiratura və doktoranturada oxuyan tələbələrin hərbi möhlət hüququ verilməsi xüsusi müzakirə tələb edir: "Bu məsələ Müdafiə Nazirliyi və prezidentin hərbi məsələr üzrə muşaviri ilə razılaşdırılmalıdir".
Vitse-spiker qeyd edib ki, konkret nəticəyə gəlinənə kimi bu barədə fikir söyləmək qeyri-məqbuldur.
Ziyafət Əsgərov bildirib ki, hərbi qanun vericiliyin təkmilləşdiriməsi üçün işçi qrup yaradılıb: "Hazırda Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin xətti ilə hərbi qanunvericik bazasının təkmil formaya salınamsı üçün işçi qrup yaradılıb. İşçi qrupuna Prezident Aparatının mütəxəssisləri də cəlb olunub. Onlar hazırda hərbi qanunvericilik bazasında monitorinq aparırlar.

19 Aprel, 2011  20:19 Baxılıb: 1359

Bu bölmədə