Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri aprelin 18-də saat 18.51-dən 19.05-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 20.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.30-dan 23.45-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

19 Aprel, 2011  13:41 Baxılıb: 1173

Bu bölmədə