Simsar.az | bizi özünüzə Simsar bilin
“Spartak”ın baş məşqçisi istefa verdi

Rusiyanın “Spartak” futbol klubunun baş məşqçisi Valeri Karpin öz istəyilə tutduğu postdan ayrılması barədə ərizə yazıb

Simsar.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, Karpin klubun baş direktoru vəzifəsində qalacaq. 

Hazırda Moskva “Dinamo”sunun sabiq baş məşqçisi Andrey Kobelevlə danışıqlar aparılır. Kobelevin bu gün “Spartak”ın sükanı arxasına keçəcəyi gözlənilir.

Qeyd edək ki, “Spartak”ın heyətində müdafiəçilərin hazırlığına cavabdehlik daşıyan Boris Pozdnyakov da istefaya göndərilib. Komandada məşqçi dəyişikliklərinə “qırmızı ağlar”ın Avropa Liqasının ¼ final mərhələsində Portuqaliya “Portu”suna 1:5 və 2:5 hesablı məğlubiyyətləri, eləcə də Rusiya Premyer Liqasının ilk 5 turu ərzində cəmi 4 xalla 16 komanda arasında 15-ci yeri tutması səbəb olub.

18 Aprel, 2011  23:44 Baxılıb: 1382

Bu bölmədə