Simsar.az | bizi özünüzə Simsar bilin
BU GÜN RADİOSEVƏRLƏR GÜNÜDÜR

150-dən çox ölkə bu günü qeyd edir

Bu gün “Ümumdünya radiosevərlər” günüdür. 1925-ci il, aprelin 18-də Fransanın paytaxtı Paris şəhərində “Beynəlxalq Radiosevərlər Birliyi”nin təsis edilməsində əsas məqsədi bütün dünya ölkələrindəki radio sevərləri bir araya gətirmək, onları birləşdirmək üçün yaradılıb. 
Bu günü 150-dən çox ölkə qeyd edir.
Həmçinin 1992-ci il oktyabrın 18-də Rusiyada da “Rusiya Radiosevərlər Birliyi” yaradılıb. 1994-cü ildən etibarən isə bu birlik “Beynəlxalq Radisevərlər Birliyi”nə daxil olub və bu gün onlarla birgə qeyd edir.
Hər il bütün dünya radiosevərlər gününü yeni deviz altında keçirir. Məsələn, 2007-ci ildə bir çox ölkələr bu günü “radio əlaqərinin dünyaya yaymaq” devizi ilə çıxış edib.
“Ümumdünya Radiosevərlər günü” heç bir ölkədə qeyri-iş günü hesab olunmur.
Aynurə

18 Aprel, 2011  20:53 Baxılıb: 1453

Bu bölmədə