Simsar.az | bizi özünüzə Simsar bilin
Güclü külək əsəcək

Aprelin 19-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim cənub-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 7-9, gündüz 18-23 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 12-17 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdləri meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında aprelin 19-da havanın, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü olacaq. Gecə 6-11, gündüz 21-26, dağlarda gecə 1-5, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 20-də hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq.

18 Aprel, 2011  17:13 Baxılıb: 1188

Bu bölmədə