Simsar.az | bizi özünüzə Simsar bilin
Allahşükür Paşazadə Həcc danışıqları aparacaq

Şeyx Səudiyyə Ərəbistanına gedir

QMİ sədri səfər zamanı növbəti Həcc mövsümü ilə əlaqədar danışıqlar aparacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanına yola düşür. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 23-dək davam edəcək səfər zamanı A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Həcc Missiyası olaraq Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə növbəti Həcc mövsümü ilə bağlı danışıqlar aparacaq.

Krallığın Məkkə, Ciddə və Mədinə şəhərlərində yerləşən müvafiq qurumlarla görüşlər zamanı Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı bütün məsələlər müzakirə olunacaq. Müzakirələrin nəticəsi olaraq, QMİ ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol və müqavilələr imzalanacaq.

16 Aprel, 2011  16:13 Baxılıb: 1280

Bu bölmədə