Simsar.az | bizi özünüzə Simsar bilin
Uşaqlara dünya verildi

Onlar arzuların şəhərini yaratdı

Dünən Nizami rayonu 1 saylı uşaqlar evində “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi kimsəsiz uşaqlar üçün Ümumdünya Sosial Maarifləndirmə aksiyası keçirib. Aksiya “My dream city” (Arzularımın şəhəri) beynəlxalq layihə çərçivəsində rəsm müsabiqəsi baş tutub. Uşaqlar öz bacarıqlarını ortaya qoyaraq bir-birindən baxımlı rəsm əsərləri çəkiblər. 
Müsabiqədə iştirak edən rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçilərək www.mydreamcity.org saytına yerləşdiriləcək.
Həmçinin “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin Azərbaycan haqqında çap etdirəcəyi kitabda müsabiqə zamanı çəkilən rəsmlərin toplusu da olacaq. Layihənin həyata keçirilməsində Paşa Travel və El Studio şirkətləri xüsusi dəstək göstəriblər.

Aynurə Həsənova

15 Aprel, 2011  22:17 Baxılıb: 1303

Bu bölmədə